Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / İdman / “İbra əfsanə? O, heçnəyin əfsanəsidir”

“İbra əfsanə? O, heçnəyin əfsanəsidir”

   “Yuventus”un və Fransa millisinin eks-oyunçusu Conatan Zebina “SFR Sport” kanalının “Le vestiaire” verilişində keçmiş komanda yoldaşı Zlatan İbrahimoviç haqqında danışıb. O, isveçli oyunçu ilə Turindəki karyerası zamanı yaşananları və ümumiyyətlə oyunçunun necə olması və oyununu, karyerasını dəyərləndirib.

     Çoxlarına məlumur ki, bu iki oyunçu heç zaman bir-birini sevməyib. Daima yüksək eqosu ilə seçilən Zlatan “PSJ”ni tərk etdikdən sonra “Mən bura kral kimi gəldim, əfsanə kimi gedirəm” kəlməsini işlədib və polemika yaratmışdı. Zebina bu və digər momentlərə toxunub. Verilişdən ən maraqlı anları təqdim edirik. “Yuventus”dakı dönümi barədə danışarkən Zebina xatırlayır:

    “Zlatan “Yuventus”a gələndə biz bir otaqda qaldıq. Bu, yalnız bir ay davam etdi. Bir gün məşqdə kiçik bir insident yaşandı. Zlatan Lilian Türama qarşı korpus qoyurdu və sərt mübarizədən çəkinmirdi. Amma siz Liliana qarşı bu cür avrana bilmərsiniz, ona görə də o, Turində istədiyini edə bilmirdi. Çünki onun istədiyi kimi gedə bilməzdi”.

     İbrahimovçin karyerası barədə isə Zebina bunları deyib:

   “Hansı bir vacib titulu o, qazanıb? Heç nə! Mən bunu ona daima deyirdim və o, bunu heç sevməzdi, çünki mənə görə böyük çempionlar böyük titullar, vacib trofeylər qazanırlar: Çempionlar Liqası, Avropa Çempionatı, Dünya Kuboku. Əvvəllər “Yuve”də Fabio Kannavaro və digərlər bu mövzuda onu çox ələ salırdılar”.

      Zebina həmçinin İbrahimoviçin “PSJ” karyerasına da toxunub:

    “O, “Paris”dən getdi, öz-özünü əfsanə elan etdi. Əslində isə o, heçnə qazanmayaraq əfsanə oldu, heçnədən. O, Çempionlar Liqasını qazanmaq üçün gəldi, əvəzində 27 dənə Fransa Kubokunu qazandı. Çox yaxşı… bura sizi hər hansı bir səviyyəyə qədər gətirə bilər, lakin ondan yuxarı üst pilləyə daşıya bilməz. O, elə birisidir ki, öz yediyini sizə də yedizirər komandada”. 

    Xatırladaq ki, İbrahimoviç bir çox ölkələrin çempionu olsa da (Fransa, İspaniya, Hollandiya, İtaliya), lakin beynəlxalq səviyyədə ciddi titulu yoxdur.

Həmçinin oxuyun

Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində Levon Aronyanla heç-heçə edib

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” …