Çərşənbə , Oktyabr 23 2019
Home / İdman / İkiüzlü Azərkeşlik

İkiüzlü Azərkeşlik

Çox qəribə bir məqam var. Dünənki Qarabağ-Sevilya görüşündən sonra xüsusilə sosial şəbəkələrdə Qarabağı sərt şəkildə qınayan statuslar, şərhlər , capslar gördüm. Bunlar kimdir? Bunlar sabah Apoel, Dudelange maçtlarlnda yaxşı nəticə qazananda , qrupdan çıxdıqda ağızdolusu Qarabağa təriflər yağdıracaq olan insanlardır. Sağlam tənqid ümumilikdə yaxşı birşeydir ancaq, tənqidin altında məncə hər zaman məntiqi əsas olmalıdır. Qarşımızdakı klub Sevilya idi, o Sevilya ki, avropa kubokunu ən çox qazanan klubdur. Yəni bu kubokda kim qarşılaşır qarşılaşsın Sevilya ortabab klublar üçün favorit, böyük klublar üçün isə böyük başağrısıdır.
-Qarabağ nə etdi?
Ümumiyyətlə bir çox bu səviyyədəki oyunların qırılma nöqtəsi olur. Bizim üçün bu qırılma nöqtəsi tamamilə fərdi keyfiyyətlərə dayanan ilk qol oldu məncə. Daha sonra Jaiime deyil də Miçel əvəzlənsə idi ssenari indikindən az da olsa fərqli olabilərdi bəlkə də. İstənilən halda Qarabağın oyununu qiymətləndirsək birinci hissədə hər nə qədər bəzi saytlarda statistikalar yanlış göstərilsə də Qarabağın qol epizodları həm daha tez baş tutmuşdu həm də daha kəsərli idi. Məsələn, Abbas Hüseynov o qol imkanından maksimum yararladığını bir anlıq düşünsək birinci hissədəki uğurulu oyun ikinci hissədə də davam edə bilərdi. Olmadı, alınmadı.
Ümumi olaraq onu deyə bilərəm ki, Qarabağın burda olması böyük uğurdur və daha böyük uğurları məhz elə bu sezon Avropada qazanacağına inanmaq lazımdır. Sadəcə uğur qazananda deyil hər zaman dəstək olmaq doğru olandır.
-Qurban Qurbanov
Qınağ hədəflərindən bir də o idi. Bəs layiq idimi? İndiyə qədər verdiyi oyunöncəsi açıqlamalara diqqət etsək hər zaman ehtiyyatlı danışıq tərzi, rəqibin kimliyindən asılı olmayaraq hörmət etməyi bacarması ilə qarşımıza çıxır. Oyundan sonra isə çox zaman oyunçularımdan razı qaldım deməsi insanlarda aqressiya oyadır. Bəs siz onun qalib olduqda belə komandada müəyyən çatışmazlıqlar var dediyini, oyunçular haqda nəsə demədiyi heç mi görməmisiniz? O, qalibiyyət və məğlubiyyət olmasınsan asılı olmayaraq oyunçulara aşıladığı oyun fəlsəfəsinə oyun ərzində nə qədər sadiq qaldığlarını qiymətləndirir və məğlubiyyətdə oyunçularımnan razı qaldım deməsi bununla bağlıdır fikrimcə.

Fərid Seyidov

Həmçinin oxuyun

Ronaldu, Mbappe, Aquero “Qızıl top”a namizəddirlər, Messi bu siyahıda yoxdur

“France Football” jurnalı “Qızıl top”a namizədlərin adını açıqlayıb. İlk beşlikdə “Liverpul”un hücumçusu Sadio Mane, “Mançester …