Cümə axşamı , İyul 2 2020
Home / İdman / İstanbul derbisinə az qala…

İstanbul derbisinə az qala…

   İstanbulun iki güclü komandası Fənərbaxça ilə Beşiktaş, bugünkü Spor Toto Süper Liga  matçı ilə 341. görüşdə qarşı-qarşıya gələcək.

  İki komanda arasında 28 Noyabr 1924-cü ildə, Fənərbaxçanın 4-0 qalibiyyəti ilə başlayan 92 illik rəqabətdə sarı-lacivərdlilərin qalibiyyət və qol hesabında üstünlüyü görünür. Geridə qalan oyunda Fənərbaxça 129, Beşiktaş 123 qalibiyyət aldı, 88 oyunda isə tərəflər bərabərliklə razılaşmalı oldular.

   Rəqabətdə Fənərbaxçanın 468 qoluna, Beşiktaş 429 qolla qarşılıq verdi.

   Liga matçları

   Fənərbaxça ilə Beşiktaş, 1959-cu ildən bu yana təşkil olunan liga matçlarında isə 120 oyunda qarşı-qarşıya gəldilər.

   Ligada geridə qalan müsabiqələrdə Fənərbaxça 45, Beşiktaş 38 qalibiyet aldı, iki komanda 37 matçda da bərabərliyi poza bilmədi.

   Sarı-lacivərdlilərin ligadakı 133 qoluna, qartallar 131 qol ilə cavab verdi.

  2015-2016 sezonunun ilk yarısında Beşiktaş’ın ev sahibliyində Atatürk Olimpiada Stadionu’ndakı dərbiyi Beşiktaş 3-2 qazandı, ikinci yarıda Kadıköy’də isə gülən tərəf 2-0 hesabı ilə Fənərbaxça oldu.

   Beşiktaş, son 15 oyunun 3-ünü  qazana bildi

   Beşiktaş, Fənərbaxça ilə oynadığı son 15 dərbidən sadəcə 3-ünü qazana bildi.

  Beşiktaş, rəqabətdəki son 15 matçdan 8-ini məğlub olarkən, 4 oyunda bərabərə qaldı, rəqibinə sadəcə 3 oyunda üstünlük qura bildi.

   Fənərbaxça ilə Beşiktaş arasındakı ən fərqli qalibiyyət 6 dekabr 1958-ci ildə Fənərbaxçanın 7-0 hesabı ilə  qazandığı oyun oldu.

Həmçinin oxuyun

UEFA üzvləri üçün yardım fondunu artırdı

UEFA quruma üzv olan 55 assosiasiyaya 775,5 milyon avro maliyyə yardımı göstərəcək.  MediAktiv.az xarici mətbuata …