Çərşənbə axşamı , İyun 2 2020
Home / İdman / İtaliya çempionatlarının formatı dəyişdirilə bilər

İtaliya çempionatlarının formatı dəyişdirilə bilər

İtaliyadakı futbol çempionatlarında reqlament dəyişikliyi ola bilər.

MediAktiv.az-ın məlumatına görə, bu barədə yerli futbol federasiyasının prezidenti Qabriele Qravina ölkə mətbuatına açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, koronavirusa görə aprelin 3-dək təxirə salınan çempionatları başa çatdırmaq mümkün olmasa, yeni sistem tətbiq oluna bilər. Q.Qravina hazırkı sıralamaya əsasən, çempionluq üçün pley-off, aşağı dəstəyə düşməmək üçün isə pley-aut sisteminə keçə biləcəklərini istisna etməyib.

Qeyd edək ki, hazırda İtaliya A Seriyasında turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. 1 xal az toplayan “Latsio” isə 2-ci pillədə qərarlaşıb.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …