Çərşənbə , İyun 3 2020
Home / İdman / İtaliya Superkuboku Türkiyədə keçirilə bilər

İtaliya Superkuboku Türkiyədə keçirilə bilər

   Bu yay İtaliya Superkuboku matçı Türkiyədə keçirilə bilər. Bu barədə məlumatı Antalyasporun prezidenti Əli Şafak Öztürk verib.
    O bildirib ki, Superkubok görüşünün Antalyasporun stadionunda baş tutma ehtimalı yüksəkdi: “İnşallah, həmin qarşılaşma Antalyada keçiriləcək. Bir neçə həftədi ki, bununla bağlı danışıqlar aparırıq. 3 milyon avroluq tələbi qarşılamaq lazımdı. Bu pulun 10%-i İtaliya Futbol Federasiyasına, 90%-i isə həlledici oyundakı komandalara verilir. Yayım gəlirləri də var. Stadion, sponsorluq gəlirləri ilə bu pulu çıxaracağımıza ümid edirəm. Qətər və Çin də həmin oyunu qəbul etmək istəyirlər. Hələ dəqiq heç nə bilinmir. Ancaq düzgün şirkətlərlə çalışsaq, Superkubok oyunu Antalyada keçiriləcək”.
   Qeyd edək ki, İtaliya A seriyasının qalibi ilə ölkə kubokunu qazanan komandalar Superkubok matçında üz-üzə gəlirlər.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …