Mourinholu Manchester, İngiltərə Premier Liqasında məğlub edilməzlik seriyasını 11-ə, üst-üstə qələbə sayısını isə 6-ya çıxarıb. Qırmızı şeytanlar West Ham Unitedla səfər görüşündən 2-0 qələbəylə ayrılıb. 15-ci dəqiqədən 10 nəfərlə mübarizə aparan Bilicin tələbələri, məğlubiyyətə əngəl ola bilməyib. Qolları 63-cü dəqiqədə sonradan oyuna girən J.Mata və 78-ci dəqiqədə Zlatan İbrahimoviç atıb. ManU bu hesabla xalını 39-a yüksəldib.
Günün digər oyunları:
Middlesbrough 0-0 Leicester City
Manchester City 2-1 Burnley
Sunderland 2-2 Liverpool
WBA 3-1 Hull City
Everton 3-0 Southampton