Çərşənbə , Oktyabr 23 2019
Home / İdman / “Kəpəz”də yeni – TƏYİNAT

“Kəpəz”də yeni – TƏYİNAT

“Kəpəz” Peşəkar Futbol Klubuna yeni təyinat olub. 

Mediaktiv.az xəbər verir ki, klubun icraçı direktoru vəzifəsi İlqar Nadiriyə tapşırılıb.

Təyinatla bağlı “Kəpəz”in kuratoru İsgəndər Cavadov klubun mətbuat xidmətinə qısa açıqlama verib:

“İlqar Nadiri bacarığına, qabiliyyətinə inandığımız insandır. Gəncdir, enerjilidir və klubun hərtərəfli inkişafında rol oynacağını düşünərək bu vəzifəyə təyin edilib. Yeni icraçı direktor komandanın qarşıya qoyduğu hədəflərə çatmasında öz dəstəyini verəcək”.

Qeyd edək ki, Gəncə klubu hazırda Azərbaycanın I divizionunda mübarizə aparır. Əsasən AFFA-dan maliyyələşən klub hazırda dörd oyundan üç xal toplaya bilib. “Kəpəz” 13 komandanın çıxış etdiyi aşağı dəstədə X yerdə qərarlaşıb. 

Həmçinin oxuyun

Ronaldu, Mbappe, Aquero “Qızıl top”a namizəddirlər, Messi bu siyahıda yoxdur

“France Football” jurnalı “Qızıl top”a namizədlərin adını açıqlayıb. İlk beşlikdə “Liverpul”un hücumçusu Sadio Mane, “Mançester …