Çərşənbə , Yanvar 22 2020
Home / İdman / Karateçilərimiz İtaliyada Premyer Liqa turnirində 4-cü medalını qazanıb

Karateçilərimiz İtaliyada Premyer Liqa turnirində 4-cü medalını qazanıb

İtaliyanın Venesiya şəhərində gənclərin “Karate 1” Premyer Liqa turnirində Azərbaycan komandası 4-cü medalını qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, karateçimiz Arina Bezrebra (14-15 yaşlı yeniyetmələr, +54 kq) turnirin bürünc medalına sahib olub.

Bundan əvvəl 16-17 yaşlı idmançılardan Polina Qurenko (53 kq) və Ramil Baxşəliyev (55 kq) turnirin gümüş, Əminağa Quliyev (61 kq) isə bürünc medalını qazanmışdır. Yarışda baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət yığmamız mübarizə aparır.

Həmçinin oxuyun

Azərbaycan Boks Federasiyası 2019-cu ilə yekun vurub

Azərbaycan Boks Federasiyası (ABF) 2019-cu ilə yekun vurub.  Mediaktiv.az-ın məlumatına görə, bununla bağlı milli komandanın …