Cümə , Sentyabr 20 2019
Home / İdman / “Karvan” geri qayıdır

“Karvan” geri qayıdır

Əvvəlki adı ilə UEFA kubokunda mərhələ adlayaraq adını növbəti tura yazdıran Azərbaycan klubu kimi tarixə düşən “Karvan” yenidən böyük futbola qayıdır. Son olaraq 2013-2014-ci il mövsümündə I divizionda çıxış edən Yevlax klubu mövsümü 8-ci pillədə başa vurduqdan sonra fəaliyyətini dayandırıb. Mediaktiv.az xəbər verirki, vaxtı ilə “Karvan”ın formasını geyinən və daha sonra bu klubun baş məşqçi postunda çalışan Kənan Kərimov Offside.com.az-a açıqlamasında yaxın günlərdə azarkeşlərini sevindirə biləcəklərini dedi:

 “İnşallah, bu gün axşam saat 7-də ilk məşqimiz baş tutacaq. Demək olar, yerli uşaqlarla başlayırıq. Amma sizə deyim ki, hələ tam dəqiq bir şey yoxdu. Bildiyiniz kimi, futbol oynamaq üçün əsas sponsor lazımdı. Bunun üçün müəyyən insanlar var ki, onlarla danışıqlar aparırıq. Əgər bu prosses uğurla başa çatsa, biz aşağı dəstədə çıxış etmək üçün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə müraciət ünvanlayacağıq. Yenə deyirəm, ortada dəqiq bir məlumat olmadığı üçün mən sizə iddialarımız haqda bir söz deyə bilməyəcəm. İnşallah, alınsa, heyətə güclü futbolçular cəlb edəcəyik. Hələki demək olar, nə iş varsa öz hesabıma görürəm”.

Yevlax şəhər stadionunun son durumu haqda da danışan Kərimov hazırda ot örtüyünün normal olduğunu bildirdi: “Stadionun ot örtüyü demək olar, normaldı. Ot biçimi prossesi həyata keçirildi. Bilirsiz ki, komandası olmayan stadionlar baxımsız olur. Ona görə artıq otlar var idi, onlar da təmizləndi”.

Komandaya kimin himayədarlıq edəcəyi sualını cavabsız qoyan baş məşqçi bu haqda danışmaq istəməsə də, lazım olan məlumatı öyrənə bildik. Belə ki, Yevlax təmsilçisi I Divizionda çıxış edəcəyi təqdirdə klubu iranlı iş adamları maliyyələşdirəcək.

İdmanxəbər.com

Həmçinin oxuyun

Hacı Əliyev dünya çempionatında medalsız qaldı – YENİLƏNİB

Üçqat dünya və Avropa çempionumuz Hacı Əliyev (-65 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya birinciliyində medal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir