Bazar , Mart 29 2020
Home / İdman / Klub rəsmisi hirsləndi, meydana çıxdı, 35 dəqiqədə 3 qol vurdu!

Klub rəsmisi hirsləndi, meydana çıxdı, 35 dəqiqədə 3 qol vurdu!

Türkiyə futbolunda növbəti maraqlı hadisə baş verib. Futbolçulara hirslənən klub rəsmisi meydana çıxaraq 3 qol vurub.

Hadisə Türkiyənin Regional Həvəskarlar Liqasının oyununda baş verib. “Kuşadası Gənclikspor” mövsümün son matçında “Germencikspor”u qəbul edib. İlk yarısı qolsuz başa çatan matçın 55-ci dəqiqəsində komandasının bərbad futbol sərgiləməsinə hirslənən “Kuşadası Gənclikspor”un rəsmsi və Baş Kapitanı Yaser Doğan baş məşqçidən onu meydana buraxmasını istəyib.

58-ci dəqiqədə qonaqlar hesabı açıb. 62-ci dəqiqədə meydana çıxan Yaser Doğan 35 dəqiqədə 3 qol vuraraq komandasına 3:1 hesablı qələbə qazandırıb. Bununla da o, komandasını “pley-off” mərhələsinə çıxardıb.

Həmçinin oxuyun

UEFA avrokubokları dayandırdı

Futbol üzrə Çempionlar Liqası və Avropa Liqası yarışları dayandırılıb.  MediAktiv.az-ın “Marca”ya istinadən məlumatına görə, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir