Cümə axşamı , Oktyabr 24 2019
Home / İdman / Konfederasiyalar Kuboku start götürür

Konfederasiyalar Kuboku start götürür

Bu gün Rusiyada FİFA Konfederasiyalar Kuboku – 2017-yə start veriləcək.

Yarışda 8 komanda iki qrupda mübarizə aparacaq.

Beynəlxalq turnirdə gələn il dünya çempionatını qəbul edəcək meydan sahibləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015), Okeaniya Futbol Konfederasiyasının çempionu Yeni Zelandiya (2016) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) mübarizə aparacaq.

Sayca 10-cu dəfə keçiriləcək və 4 ildən bir təşkil edilən Konfederasiyalar Kuboku matçları Rusiyanın 4 şəhərində – Sankt-Peterburq (“Krestovski” stadionu), Kazan (“Kazan Arena”), Moskva (“Spartak” stadionu) və Soçidə (“Fişt” stadionu) oynanılacaq.

Turnirin ilk oyun günündə yalnız 1 qarşılaşma baş tutacaq. Açılış matçında meydan sahibləri Yeni Zelandiya ilə üz-üzə gələcək.

Konfederasiyalar Kuboku, I tur

A qrupu

17 iyun

19:00. Rusiya – Yeni Zelandiya

18 iyun

19:00. Portuqaliya – Meksika

B qrupu

22:00. Kamerun – Çili

19 iyun

19:00. Avstraliya – Almaniya

Həmçinin oxuyun

Ronaldu, Mbappe, Aquero “Qızıl top”a namizəddirlər, Messi bu siyahıda yoxdur

“France Football” jurnalı “Qızıl top”a namizədlərin adını açıqlayıb. İlk beşlikdə “Liverpul”un hücumçusu Sadio Mane, “Mançester …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir