Bazar , İyul 25 2021
Home / İdman / Löv: “Artırmısınız”

Löv: “Artırmısınız”

    Almaniya milli komandasının baş məşqçisi Yohim Löv Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirib. O, Bakıya 3 xal üçün gəldiklərini deyib: “Məqsəd aydındır. Bura qələbə üçün gəlmişik. Ümumiyyətlə, istəyirik yayadək bütün oyunlarda qalib gələk. Uçuşun uzun çəkməsi və vaxt dəyişikliyi nəzərə alınmalı amillərdir. Ancaq bunlar bizim üçün bəhanə ola bilməz”.

     Löv zədəli futbolçular haqqında da məlumat verib: “Xedira, Draksler və Qomesin vəziyyəti yaxşıdır. Məsit Özillin durumu hələ ki bəlli deyil. Onunla bağlı həkimlərin son sözünü gözləyirik. Məsut dünən də, bu gün də məşq etməyib. Sabah son durumuna baxacağıq”.

      Bundestimin baş məşqçisi Noyerin yoxluğunda çərçivəni kimə etibar edəcəyinə aydınlıq gətirməyib: “Ter Şteqen İngiltərə ilə oyunda yaxşı təsir bağışladı. Amma digər qapıçılar da məşqdə özlərini yaxşı tərəfdən göstərirlər. Yalnız sabah məsləhətləşib qərar verəcəyik ki, qapıda kim dursun”.

     Löv Azərbaycan milli komandası haqqında da fikirlərini bildirib: “Həm ölkədə, həm də komandada böyük irəliləyiş hiss olunur. Oyun baxımından xeyli artım var. Son oyunlardakı nəticələr də bunu təsdiqləyir. Komanda Norveçə qalib gəlib, Çexiya ilə heç-heçə edirsə, inkişafdan danışmaq olar. Azərbaycan müdafiə olunmağı bacarır. Ümumi götürdükdə, inkişaf nəzərə çarpır”.

   Almaniya yığmasının çalışdırıcısı millimizin qrupda 2-ci yeri tutmaq şanslarını da dəyərləndirib: 4 oyundan 7 xal yaxşı başlanğıcdır. Çexiya və Şimali İrlandiya ilə növbəti oyunlarda bir çox məsələlərə aydınlıq gələcək. Bunlar baş versə, qrupdan çıxa bilərlər”.

Həmçinin oxuyun

Bakıda “Formula 2” yarışına start verildi

Bakıda “Formula 2″ üzrə sərbəst yürüşə start verilib. MEDIAKTIV.AZ xəbər verir ki, pilotlar saat 11:10-dək bolidlərini …