Çərşənbə , May 12 2021
Home / İdman / Lüksemburq – Azərbaycan oyunu yeni stadionda keçiriləcə

Lüksemburq – Azərbaycan oyunu yeni stadionda keçiriləcə

Futbol üzrə Lüksemburq yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirəcək.

MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer “Paperjam” nəşrinə açıqlamasında məlumat verib.

O bildirib ki, məqsədləri Lüksemburq – Azərbaycan oyununu yeni stadionda təşkil etməkdir.

“Stade de Luxembourg” arenasının inşasına 76 milyon avrodan çox vəsait xərclənib, azarkeş tutumu isə 9385-dir.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Həmçinin oxuyun

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri məlum oldu

Mayın 5-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqənin püşkatma mərasimi keçirilib. MEDIAKTIV.AZ-ın …