Çərşənbə , Oktyabr 23 2019
Home / İdman / “Mançester Yunayted”in sabiq hücumçusu karyerasını bitirdiyini açıqladı

“Mançester Yunayted”in sabiq hücumçusu karyerasını bitirdiyini açıqladı

Bolqarıstan millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Dimitar Berbatov karyerasını bitirib. 

Mediaktiv.az xəbər verir ki, 38 yaşlı hücumçu bunu “Instagram” hesabında açıqlayıb.

Sonuncu dəfə Hindistanın “Kerala Blasters” klubunda çıxış etmiş Berbatov ötən il özünə komanda axtardığını, ancaq tapa bilmədiyini bildirib. O qeyd edib ki, adamlar ondan vətəni Bolqarıstanda karyerasını davam etməyə çağırsa da, bunu etmək istəməyib.

Futbol üçün darıxacağını bildirən Berbatov 20 illik karyerasını bitirməyin ən düzgün zamanı olduğunu vurğulayıb. O, futbolda başqa sahədə işləmək istədiyini də gizlətməyib.

Daha sonra o, karyerası ərzində vurduğu qolları paylaşıb. Həmin posta “Mançester Yunayted”in və İngiltərə Premyer Liqasının rəsmi hesablarından Berbatova təşəkkür mesajı gəlib.

Qeyd edək ki, peşəkar karyerasına Sofiya ÇSKA-sında başlamış Dimitar Berbatov Almaniyanın “Bayer”, İngiltərənin “Totenhem”, “Mançester Yunayted”, “Fulhem”, Fransanın “Monako” və Yunanıstanın PAOK klublarında çıxış edib.  

Həmçinin oxuyun

Ronaldu, Mbappe, Aquero “Qızıl top”a namizəddirlər, Messi bu siyahıda yoxdur

“France Football” jurnalı “Qızıl top”a namizədlərin adını açıqlayıb. İlk beşlikdə “Liverpul”un hücumçusu Sadio Mane, “Mançester …