Cümə , Noyabr 22 2019
Home / İdman / Messi və Ronaldo bir-birinə neçə dəfə səs verib?

Messi və Ronaldo bir-birinə neçə dəfə səs verib?

Kriştianu Ronaldo və Lionel Messinin ilin futbolçusu nominasiyasında indiyədək səsvermə prosesi üzə çıxıb.

𝐌𝐞𝐝𝐢𝐀𝐤𝐭𝐢𝐯.𝐀𝐳 xəbər verir ki, hər iki futbolçu 2018-ci ilədək bir-birinə səs verməyib.

Lakin Messi ötən il Ronaldonu üçüncü, bu il isə ikinci kimi görüb. Daha da maraqlı məqamlar var. Onları təqdim edirik:

* Ronaldo yalnız bir dəfə “Barselona”lı futbolçunu üçlükdə görüb. Bu, Xavidir. Düzdür, Kriş bu il ikinci kimi “Barselona”nın futbolçusu Frenki de Yonqun adını çəkib. Lakin nəzərə alaq ki, de Yonqun adının hallanması ötən mövsüm Çempionlar Liqasında “Ayaks”da göstərdiyi oyuna görə olub.

* Messi iki dəfə üçlüyə “Real”dan futbolçu salıb. Bunlar Ronaldodan başqa, Luka Modriçdir. O bir dəfə – 2014-cü ildə Anxel di Mariyanın da adını çəkib. Lakin həmin vaxt o, “Real”dan “Mançester Yunayted”ə keçibmiş.

* “Yuventus”a keçənədək Ronaldo cəmi üç dəfə “Real”dan olmayan futbolçuları seçib. Bunlar Radamel Falkao, Xavi və Uesli Sneyderdir. “Yuventus”a keçdikdən sonra isə artıq dörd dəfə “Real”a aid olmayan futbolçulara üstünlük verib. Bunlar Antuan Qrizman (ötən mövsüm “Atletiko”da oynayarkən), Mateys de Lixt (“Yuventus”), Frenki de Yonq (“Barselona”) və Kilian Mbapedir (PSJ).

* Messi 10 dəfə “Barselona”dan olmayan oyunçuları seçib. Bunlar Serxio Aquero və Ronalduya iki, di Mariya, de Yonq, Sadio Mane, Neymar, Mbape və Luka Modriçdir.

* Ronaldo heç vaxt Portuqaliyadan olan futbolçulara səs verməyib.

* Messi dörd dəfə Argentinadan olan futbolçulara səs verib. Bunlar iki dəfə Aquero, bir dəfə di Mariya və Xavyer Maskeranodur.

Qeyd edək ki, Lionel Messi 46 xalla ilin futbolçusu seçilib. 38 xalla Vircil van Deyk II olub. Kriştianu Ronaldo isə hollandiyalı futbolçuya iki xal fərqi ilə uduzaraq III yeri tutub.

Həmçinin oxuyun

Nurməhəmmədov altı aylıq UFC-dən kənar qaldı

Moskvada keçirilmiş UFC 163 döyüşündən sonra aparılan tibbi göstəricilərə əsasən beş MMA idmançısı yarışlardan uzaqlaşdırılıb. …