Bazar ertəsi , Mart 30 2020
Home / İdman / Messi “yekəlib”!

Messi “yekəlib”!

     Lionel Messi artıq “Barselona”nın transfer siyasətinə müdaxilə etməyə başlayıb. Argentinalı ulduz rəhbərliyə komandada görmək istədiyi futbolçuların siyahasını təqdim edib.

        Avropa mətbuatı iddia edir ki, Messi “Barselona” ilə müqaviləsinin müddətini artırmayıb. Rəhbərliyə istədiyi futbolçuların və baş məşqçinin gətriləcəyi halda yeni müqaviləyə imza atacağını bildirib.

   Həmkarlarımız Messinin transfer siyahısını da açıqlayıb. Belə ki, argentinalı ulduz “Arsenal”dan müdafiəçi Hektor Bellerin, “Liverpul”dan mərkəz yarımmüdafiəçisi Filipp Koutinyo, PSJ-dən yarımmüdafiəçi Marko Verratti, “Monako”dan başqa bir otra xətt oyunçusu Bernard Silva və bu komandanın 18 yaşlı hücumçusu Kilian Mbappenin transferini istəyib.

Həmçinin oxuyun

UEFA avrokubokları dayandırdı

Futbol üzrə Çempionlar Liqası və Avropa Liqası yarışları dayandırılıb.  MediAktiv.az-ın “Marca”ya istinadən məlumatına görə, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir