Cümə , Sentyabr 18 2020
Home / İdman / Messinin “Bavariya”ya qarşı oynayıb-oynamayacağı dəqiqləşdi

Messinin “Bavariya”ya qarşı oynayıb-oynamayacağı dəqiqləşdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” (İtaliya) ilə cavab oyununda (3:1) zədələnən İspaniya “Barselona”sının kapitanı Lionel Messinin durumuna aydınlıq gəlib.

MediAktiv.az-ın “Sport.es” nəşrinə istinadən məlumatına görə, argentinalı futbolçu komandasının bugünkü məşqinə ayağı sarğılı çıxıb.

Buna baxmayaraq, 33 yaşlı forvardın ÇL-in 1/4 final mərhələsində Almaniya “Bavariya”sına qarşı oynayacağı dəqiqləşib.

Qeyd edək ki, “Barselona” – “Bavariya” matçı avqustun 14-də Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq. 

Həmçinin oxuyun

Mixael Şumaxerin son durumu açıqlandı

İsveçrəli neyrocərrah Erik Riderer “Formula 1” üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin durumu barədə danışıb.  MediAktiv.az-ın məlumatına …