Cümə , Noyabr 15 2019
Home / İdman / Milli üzvü 11 dəqiqə oynadı, komandası xal itirdi

Milli üzvü 11 dəqiqə oynadı, komandası xal itirdi

Futbol üzrə Almaniya III Bundesliqasında 14-cü turun oyunları keçirilib.  

Mediaktiv.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb. 

Sözügedən komanda doğma meydanda “Çemnitser”lə üz-üzə gəlib.  

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3. 

Dadaşov da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana daxil olub.  

Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib. 

Qeyd edək ki, Münster klubu 14 turdan sonra 12 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb. 

Həmçinin oxuyun

Teymur Rəcəbov FIDE Qran-Prisinə heç-heçə ilə başladı

Hamburqda FIDE Qran-Prisinin üçüncü mərhələsinin səkkizdəbir final oyunları keçirilib. AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil …