Çərşənbə , Fevral 19 2020
Home / İdman / Millimizin üzvü məğlubiyyəti kənardan izlədi

Millimizin üzvü məğlubiyyəti kənardan izlədi

Futbol üzrə Portuqaliya çempionatında 10-cu turun oyunları keçirilib.  

Mediaktiv.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Belenenseş”lə qarşılaşıb.  

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. 

Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. 

Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib.  

Futbolçumuzun komandası hazırda 5 xalla 18 kollektiv arasında 17-cidi. 

Həmçinin oxuyun

Azərbaycan karateçisi: “Hər dəfə yuxuda olimpiya çempionu olduğumu görürəm”

“Reytinq xallarına əsasən olimpiadaya lisenziyanı təmin etmişdim. Bəlkə də bu, qızıl yox, bürünc medal qazanmağıma …