Çərşənbə axşamı , Oktyabr 27 2020
Home / İdman / Mixael Şumaxerin son durumu açıqlandı

Mixael Şumaxerin son durumu açıqlandı

İsveçrəli neyrocərrah Erik Riderer “Formula 1” üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin durumu barədə danışıb. 

MediAktiv.az-ın məlumatına görə, Riderer RMC-yə açıqlamasında almaniyalı sabiq sürücünün vegetativ vəziyyətdə olduğunu bildirib. Bu isə Şumaxerin oyandığı, amma cavab vermədiyi anlamına gəlir: “O, nəfəs alır, ürəyi döyünür. Yəqin ki, otura və insanların köməyilə xırda addımlar ata bilər. Fikrimcə, bu, Şumaxerin maksimumudur. Onun qəzayadək olan vəziyyətinə qayıtma şansının olmadığını düşünürəm”. 

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

Həmçinin oxuyun

Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. MediAktiv.az-ın məlumatına görə, qrup mərhələsinin birinci turunun …