Bazar , İyun 7 2020
Home / İdman / Muxtar respublikamızda bədən tərbiyəsi və idman sosial inkişafın ən vacib sahələrindən birinə çevrilib

Muxtar respublikamızda bədən tərbiyəsi və idman sosial inkişafın ən vacib sahələrindən birinə çevrilib

Dövlətin qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, şəxsiyyətin harmonik inkişafı, gənclərin əməyə və vətənin müda fiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi hazırkı dövrdə aktual tələblərdən birinə çevrilmişdir. Bu gün bədən tərbiyəsi və idman sosial inkişafın ən vacib və özünəməxsus bir sahəsinə çevrilərək sosial siyasətlə bilavasitə sıx əlaqədədir. Məhz bu səbəbdəndir ki, mütəxəssislər idmana cəmiyyəti vahid milli ideya ətrafında birləşdirən, insanda qələbəyə, yeni-yeni uğurlara can atmaq hissini oyadan vasitə kimi baxırlar. Bədən tərbiyəsi və idman insanda müsbət əxlaqi keyfiyyətlər, vətənə məhəbbət, ailəyə bağlılıq, özünəinam, səbr, mətanət, dözüm və sair formalaşdırır. İdman sağlam həyat tərzi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və bir çox digər amillərlə yanaşı, həm də ölkələri dünya miqyasında tanıdan, çoxlu turist axını təmin etməklə alternativ bir turizm növü olaraq son illərdə getdikcə inkişaf edən və böyüyən bir sektor halına gəlmişdir. Xüsusilə Yay-Qış Olimpiya oyunları, Dünya və Avropa çempionatları, Formula- 1 yarışları, Beynəlxalq Tennis turnirləri və sair kimi böyük miqyaslı idman tədbirlərinə olan maraq idman tu rizminin inkişafında böyük rol oynamışdır. İdmanın ölkə təqdimatına və turizminə təsirini, iqtisadiyyata olan töhfələrini, yeni təsislər yaratmasını nəzərə alan ölkələr bu tədbirləri öz ölkələrində reallaşdırmaq üçün böyük səy göstərirlər. Belə tədbirlərə ev sahibliyi etmək böyük investisiya və büdcə tələb etməsinə baxmayaraq, bu hadisələrin sonunda ölkələr daha çox uğur əldə edir. Beynəlxalq idman tədbirləri ölkələrə öz mədəniyyətlərini və turizm potensialını tanıtma, mövcud imiclərini inkişaf etdirmə və müsbət imic yaratma fürsəti verir. Biz idmanda yüksək nəticə göstərmiş ölkələrin siyahısına baxanda görürük ki, onların əksəriyyəti inkişaf etmiş ölkələrdir. Lakin inkişaf etməkdə olan bir ölkə kimi, məhz Azərbaycanın sürətli və dinamik inkişafı imkan verir ki, böyük idman infrastrukturu yaradılmaqla idmanın bütün istiqamətləri üzrə beynəlxalq yarışların keçirilməsinə ölkəmiz ev sahibliyi etsin. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişaf etdirilməsi, əhalinin həyat tərzinə çevrilməsi, kütləviliyinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər və Ali səviyyədə müşavirələr keçirilir. Bu tədbirlərin davamı kimi, fevralın 1-də Naxçıvan Muxtar Res publikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclisin Sədri demişdir: “Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən vətənin müda fiə sinə hazırlayır. Naxçıvan Muxtar Res publikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçi rilməsinə şərait yaradır”. Müşavirədə, həmçinin müvafiq dövlət orqanlarına muxtar respublikada idmanın kütləvi və dinamik inkişafı istiqamətində görüləcək tədbirlərin sistemli xarakter alması üçün Dövlət Proqramının işlənib hazırlanması da tapşırılmışdır. Tapşırığa əsasən hazırlanmış “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” Ali Məclis Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Qəbul olunan Dövlət Proqramı bədən tərbiyəsi və idmanın uzun müddətə inkişafını planlaşdıran və həyata keçirilməsini təmin edəcək fəaliyyət istiqamətlərini müəyyən edən dövlət səviyyəli sənəddir. Beş hissədən ibarət olan sənədin giriş hissəsində qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlər əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynayır. Muxtar res – publikada fəaliyyət göstərən 58 idman müəssisəsi və 886 idman obyektində 40 minə yaxın uşaq və gənc idmanla məşğul olur. Qurulan müasir idman infrastrukturu Naxçıvanda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır. 2019-cu ildə muxtar respublikada 5 bey – nəlxalq, 1 ölkə səviyyəli olmaqla 386 idman tədbiri keçirilmiş, idmançılarımız Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə, Azərbaycan birinciliklərində yüksək nailiyyətlər əldə edərək muxtar respublikamızın idman nüfuzunu qaldırmağa müvəffəq olmuşlar. Həmçinin muxtar respublikada idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanan proqram müasir dövrün reallıqları nəzərə alınmaqla uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsinə, əhalinin fiziki sağlamlığının qorunmasına yeni imkanlar yaradacağı qeyd olunur. Əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və güc ləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması proqramın əsas məqsədi kimi qeyd olunur. Dövlət Proqramında, həmçinin nəzərdə tutulan tədbirlərin icrasından cəmiyyətdə sağlam həyat tərzinin formalaşması, bədən tərbiyəsi və idmanın kütləvi xarakter alması, beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi kimi konkret nəticələr gözlənilir. Qeyd edək ki, muxtar respublika idmançıları 2019-cu il ərzində idmanın müxtəlif növləri üzrə nailiyyətlər əldə etmiş, dünya, avropa və beynəlxalq turnirlərdə 190, Azərbaycan çempionatlarında 179 medal qazanmışlar. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 18 yaşadək olan idmançılardan 1-i idman sahəsində nailiyyətlərinə görə gənc istedadların xüsusi təqaüdünə layiq görülmüş və adı “Qızıl kitab”a yazılmışdır. Ali Məclis Sədrinin bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublikanın bütün rayon larında olduğu kimi, Culfa rayonunda da mövcud bədən tərbiyəsi və idman müəssisələri təmir olunaraq yenidən qurulmuş və maddi-texniki bazası möhkəmləndirilmiş, həmçinin yeni tikilən təhsil müəssisələrində ən müasir standartlara cavab verən idman zalları və açıq idman meydançaları yaradılaraq lazımi idman qurğuları ilə təchiz edilmişdir. Yaradılan müasir təhsil və idman infrastrukturu gənc nəslin bacarığına görə peşə seçiminə və təhsil almasına, müxtəlif idman növləri ilə məşğul olmasına, sağlam gənc nəslin yetişməsinə imkan yaratmışdır. Bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısının nəticəsində bu gün Culfa Şəhər Mərkəzi Stadionu və Bənəniyar Kənd Stadionu əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Əsaslı təmir olunmuş Culfa Şəhər Mərkəzi Stadionunda 80 nəfərlik izləyici tribunası tikilmiş, basketbol və voleybol meydançası yaradılmışdır. Qeyd edək ki, hazırda rayonda 1 Uşaq- Gənclər Şahmat Məktəbi və Uşaq-Gənclər İdman Məktəbi, 26 idman zalı, 40 sadə idman qurğusu, 1 mərkəzi futbol meydançası, 10 kənd futbol meydançası, 6 məktəb stadionu, həmçinin 12 idman federasiyasının rayon bölmələri fəaliyyət göstərir. Ötən müddət ərzində futbolun inkişafının davam etdirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, uşaq futbolunun inkişafı üçün Bənəniyar kəndində və Culfa şəhərində yaradılan komandalara təyin olunmuş məşqçi müəllimlər tərəfindən dərslər keçiril ir. Həmin məşqçi müəllimlər Azərbaycan Futbol Federasiyası tərəfindən təyin olunmuş məşqçilərin kurslarına cəlb edilərək xüsusi proqram əsasında bilik və bacarıqlarını artırırlar. Həmçinin bu komandalara həftənin 4 günü rayonda, 2 günü isə Naxçıvan Şəhər Mərkəzi Futbol Meydançasında mütəmadi olaraq məşqlər keçirilir. 2019-cu ildə Culfa şəhərindən 4, Bənəniyar kəndindən 2 olmaqla 6 yeniyetmə futbolçu Naxçıvan Muxtar Respublikasının komandası olan “Araz” Futbol Klubunun uşaq komandasına cəlb edilmişdir. Bu gün rayonda mövcud olan idman infrastrukturu federasiya bölmələrinin fəaliyyəti üçün lazım olan bütün tələblərə cavab verir. İdmanın inkişafı üçün yaradılmış şərait, bu sahəyə göstərilən dövlət qayğısı idmanın kütləviliyinə öz təsirini göstərmiş, rayonda futbol, voleybol və basketbol üzrə komandalar yaradılmışdır. 2019-cu ildə keçirilən rayon və muxtar respublika birinciliklərində rayondan 4657 yeniyetmə və gənc iştirak etmişdir ki, bunlardan 1852-si gənclər, 2805-i isə idman sahəsində keçirilən tədbirlərdə iştirak edənlərdir. Keçirilən yarışlarda rayon idmançıları idmanın cüdo, voleybol, basketbol, atıcılıq, boks, kikboksinq, yüngül atletika və şahmat idman növləri üzrə nailiyyətlər əldə etmişlər. İl ərzində rayonda 126 tədbir həyata keçirilmişdir ki, bunlardan 46-sı gənclər, 80-i isə idman sahəsini əhatə edir. Həmçinin keçirilən tədbirlərə 12 yoldaşlıq görüşünü və 19 Naxçıvan Muxtar Respublika mərhələsini aid etmək olar. Ötən dövrdə idman sahəsində komanda hesabında cüdo üzrə 5 mart “Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş muxtar res publika birinciliyində rayon komandası II, voleybol üzrə komanda hesabında II, 2 dəfə III yerə layiq görülmüş, həmçinin yoldaşlıq görüşlərinin hamısında qalib olmuşdur. Basketbol üzrə böyüklər arasında Naxçıvan Muxtar Respublika çempionatlarında 1 dəfə I və 2 dəfə II, atıcılıq üzrə komanda hesabında II yerə sahib olmuşlar. Həmçinin idman sahəsində şəxsi birinciliklərdə muxtar res – publika mərhələsində boks üzrə 14-ü I, 6-sı II və 4-ü III yerə, kikboksinq üzrə 6-sı I, 5-i II, 12-si III yerə, yüngül atletika üzrə 1-i I, 2-si II və 3-ü III yerə, cüdo üzrə 8-i I, 10-u II, 18-i III yerə, velosiped idman oyununda 1-i I, 1-i III yerə, şahmat üzrə fide yarışında 1-i II yerə, “Xəmsə” İntellektual oyununda komanda hesabında I yerə layiq görülmüşlər. İdmanın inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir ki, idmançılarımız həm ölkə daxilində, həm də ölkədən kənarda, beynəlxalq səviyyəli yarışlarda iştirak edərək rayonumuzu layiqincə təmsil etmiş, Bakı şəhərində, Türkiyə və Gürcüstan respublikalarında keçirilən cüdo yarışlarından mükafatlarla doğma diyarımıza qayıtmışlar.

Həsən MƏMMƏDOV

Həmçinin oxuyun

Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 12 364 nəfərə çatıb. MediAktiv.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son …