Şənbə , Sentyabr 21 2019
Home / İdman / Naxçıvan bu gün bir başqa gözəl olacaq

Naxçıvan bu gün bir başqa gözəl olacaq

Bu gün Azərbaycan kubokunda 2016/2017 mövsümünün final oyunu keçiriləcək.

Həlledici görüşdə “Qarabağ”la “Qəbələ” üz-üzə gələcək. Bununla da Azərbaycanda futbol mövsümünə yekun vurulacaq.

Kubokun final qarşılaşması ilk dəfə olaraq Naxçıvanda oynanılacaq.

Ardıcıl 4 ildir ölkə çempionu olan “Qarabağ” “qızıl dubl” etməyə çalışacaq. Qurban Qurbanovun komandası bunu bacarsa, Azərbaycan futbolunda yeni tarix yazacaq. Belə ki, heç bir klub indiyədək nə ardıcıl üç dəfə ölkə kubokunu qazanıb, nə də üç mövsüm “qızıl dubl” edib.

“Qəbələ” isə Naxçıvanda ilk titulunu qazana bilər. Roman Qriqorçukun komandası üç ildən sonra yenidən final oyununa çıxır.

Kubokun açılışı saat 16:00-da olacaq. Daha sonra isə oyun başlayacaq.

Həmçinin oxuyun

Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatını medalsız başa vuran Hacı Əliyev bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir