Cümə , İyun 5 2020
Home / İdman / “Neftçi” güclənir

“Neftçi” güclənir

    Antalya hazırlığını davam etdirən “Neftçi” PFK daha bir futbolçu ilə güclənib. mediaktiv.az xəbər verir ki, paytaxt klubu ukraynalı müdafiəçi Kirilo Petrovla 1.5 illik müqavilə bağlayıb. Kiyev “Dinamo”sunun yetirməsi olan müdafiəçi sonradan “Krivbas” və “Arsenal” klublarının formasını geyinib. Polşada (“Korona” klubunda) legioner həyatı yaşamış Kirilo Petrov, Qazaxıstanın “Ordabaşı” klubunda da çıxış edib. Futbolçu buna qədər “Olimpik” (Ukrayna) klubunun şərəfini qoruyub. Ukrayna U-19 və U-21 yığma komandalarının heyətində oynamış Kirilo Petrov “Neftçi”də 28 nömrəli formanı geyinəcək.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …