Cümə , Noyabr 15 2019
Home / İdman / Nurməhəmmədovun karyerasını bitirəcəyi tarix açıqlandı

Nurməhəmmədovun karyerasını bitirəcəyi tarix açıqlandı

Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov MMA karyerasını iki və ya üç döyüşdən sonra başa vurmalıdır.

Bu barədə idmançının atası və məşqçisi Abdulmanap Nurməhəmmədov “Fight Nights Global” adlı “YouTube” kanalında məlumat verib.

Onun sözlərinə görə, Nurməhəmmədovun növbəti rəqibi Toni Ferqyuson olacaq. O, bu döyüşün UFC tarixində ən yaxşı döyüş olacağını vurğulayıb.

Qeyd edək ki, Nurməhəmmədovun aktivində məğlubiyyətsiz 28 qələbə var.

Həmçinin oxuyun

Teymur Rəcəbov FIDE Qran-Prisinə heç-heçə ilə başladı

Hamburqda FIDE Qran-Prisinin üçüncü mərhələsinin səkkizdəbir final oyunları keçirilib. AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil …