Cümə , Sentyabr 20 2019
Home / İdman / Penaltilər seriyası ilə bağlı tarixi dəyişiklik

Penaltilər seriyası ilə bağlı tarixi dəyişiklik

Futbolda oyun qaydalarını müəyyən edən Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (IFAB) oyunsonrası penaltilər seriyası ilə bağlı tarixi dəyişikliyə hazırlaşır. UEFA bu təşəbbüsü dəstəkləməklə bağlı qərar qəbul edib.

Dəyişikliyə əsasən, ilk penalti yerinə yetiriləndən sonra növbəti komanda bir deyil, ardıcıl iki penalti zərbəsi vuracaq. IFAB bu qaydanı ilk zərbəni vuran komandanın taktiki və psixoloji cəhətdən üstün olmasına görə görə edib.

1-ci penalti – A komandası, 2-ci penalti – B komandası
3-cü – B komandası, 4-cü – A komandası
5-ci – A komandası, 6-cı – B komandası
7-ci – B komandası, 8-ci – A komandası
9-cu – A komandası, 10-cu – B komandası

Əgər bərabərlik davam edərsə:

11-ci – B komandası, 12-ci – A komandası
13-cü – A komandası, 14-cü – B komandası

Yeni penalti sistemi yaxın aylarda Çexiyada təşkil ediləcək qadınlar arasında U-17 Avropa çempionatında sınaqdan keçiriləcək. Daha sonra isə Hollandiyada qadınlar arasında təşkil olunacaq AVRO-2017-də, həmçinin 17 və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Xorvatiya və Gürcüstanda keçiriləcək Avropa çempionatında bu sistemdən istifadə olunacaq.

cbcsport.com

Həmçinin oxuyun

Hacı Əliyev dünya çempionatında medalsız qaldı – YENİLƏNİB

Üçqat dünya və Avropa çempionumuz Hacı Əliyev (-65 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya birinciliyində medal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir