Çərşənbə axşamı , Oktyabr 27 2020
Home / İdman / Püşk atıldı: Türkiyə klublarının pley-offdakı rəqibləri məlum oldu

Püşk atıldı: Türkiyə klublarının pley-offdakı rəqibləri məlum oldu

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. MediAktiv.az xəbər verir ki, Türkiyə təmsilçilərindən “Beşiktaş” “Milan” (İtaliya) – “Bodo Qlimt” (Norveç) cütünün qalibi ilə üz-üzə gələcək. 

“Qalatasaray” Xorvatiyanın “Hayduk” (Split” komandasını üstələsə, “Villem II” (Hollandiya) / “Reyncers” (Şotlandiya) cütünün qalibi ilə səfərdə qarşılaşacaq. 

“Alanyaspor” isə Norveçdə “Rusenborq”u yenə bilsə, İstanbulda “Mura” (Sloveniya) / PSV (Hollandiya) cütünün qalibi ilə görüşəcək. 

Oyunlar oktyabrın 1-də keçiriləcək.

Həmçinin oxuyun

Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. MediAktiv.az-ın məlumatına görə, qrup mərhələsinin birinci turunun …