Çərşənbə , Avqust 12 2020
Home / İdman / “Qəbələ” “Sabah”a ümid yeri qoymadı

“Qəbələ” “Sabah”a ümid yeri qoymadı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.  

MediAktiv.Az xəbər verir ki, ilk qarşılaşma Qəbələdə baş tutub. 

Yerli komanda doğma meydanda “Sabah”la üz-üzə gəlib. 

Görüş qəbələlilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.  

Əyalət klubunun heyətində Klesio Bauk iki qol vurubsa, Ülvi İsgəndərov bir dəfə fərqlənib. 

Ölkə kuboku 

1/4 final (ilk oyunlar) 

“Qəbələ” – “Sabah” – 3:0 

Qollar: Klaesio Bauk, 19, 43, Ülvi İsgəndərov, 87 

Həmçinin oxuyun

Messinin “Bavariya”ya qarşı oynayıb-oynamayacağı dəqiqləşdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” (İtaliya) ilə cavab oyununda (3:1) zədələnən İspaniya “Barselona”sının kapitanı …