Bazar , Noyabr 17 2019
Home / İdman / “Qəbələ”də transfer şousu davam edir

“Qəbələ”də transfer şousu davam edir

2017/18 mövsümünə hazırlığı Avstriyada davam etdirən “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb. 

Şotlandiyalı yarımmüdafiəçi Endryu Uilyam Hallidey “Qlazqo Reyncers”dən 1 illik icarəyə götürülüb.

Endi Hallidey kimi tanınan futbolçu 1991-ci il oktyabrın 31-də anadan olub. 26 yaşlı şotlandiyalı “Ross Kaunti”, “Reyncers” və “Livinqston” klublarının yeniyetmə komandalarında çıxış edib. Peşəkar karyerasına 2008-ci ildə başlayan Hallidey Şotlandiyada “Livinqston” (2008-2010), İngiltərədə “Midlsbro” (2010-2015), icarə əsasında “Uolsoll” (2011-2012), “Blekpul” (2014) və “Bredford” (2014-2015) klublarında çıxış edib. 2015-ci ildə “Reyncers”ə keçən orta sahə oyunçusu son iki mövsümdə bu komandanın formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz və hollandiyalı Dion Malonenin transferini gerçəkləşdirib.

Həmçinin oxuyun

Teymur Rəcəbov FIDE Qran-Prisinə heç-heçə ilə başladı

Hamburqda FIDE Qran-Prisinin üçüncü mərhələsinin səkkizdəbir final oyunları keçirilib. AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir