Bazar , Fevral 23 2020
Home / İdman / “Qarabağ” 5-ci dəfə “Şaha qalxdı”!

“Qarabağ” 5-ci dəfə “Şaha qalxdı”!

       Futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümünün qalibi XXVI turda müəyyənləşib.

    Ağdamın “Qarabağ” klubu sona 2 tur qalmış qızıl medalları təmin edib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda səfər matçında “İnter”i 3:0 hesabı ilə yenib. Hesabı 4-cü dəqiqədə Mahir Mədətov açıb. Digər qolları isə 54-cü və 79-cu dəqiqələrdə Cənubi afrikalı hücumçu Dino Ndlovu vurub. Bununla da lider ən yaxın izləyicisi “Qəbələ”ni 7 xal geridə qoyub. Hazırda 56 xala malik “Qarabağ” üçün bu, ardıcıl 4-cü, tarixi ərzində isə 5-ci çempionluq olub. İlk çempionluq 1994-cü ildə qazanılıb. Beləliklə, Ağdam təmsilçisi yubiley çempionluğunu əldə edib.

Həmçinin oxuyun

Azərbaycan karateçisi: “Hər dəfə yuxuda olimpiya çempionu olduğumu görürəm”

“Reytinq xallarına əsasən olimpiadaya lisenziyanı təmin etmişdim. Bəlkə də bu, qızıl yox, bürünc medal qazanmağıma …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir