Bazar , İyul 12 2020
Home / İdman / “Qarabağ” mövsümdə ilk dəfə məğlub oldu

“Qarabağ” mövsümdə ilk dəfə məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.
MediAktiv.Az qaynarinfo-ya istinadən xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Lider “Qarabağ”  səfərdə “Sumqayıt”ın qonağı olub.
Oyunda hesabı Ağdam təmsilçisi açsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. İkinci hissədə ardıcıl qollar vuran “Sumqayıt” “Qarabağ”ı 2:1 hesabıyla məğlub edib. Bu, Qurban Qurbanovun komandasının mövsümdə ilk məğlubiyyəti olub.
Qeyd edək ki, turun digər görüşləri 23-24 noyabr tarixlərində oynanılacaq.
22 noyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ” – 2:1
Qol: Peyman Babayi, 65, 68 – Xayme Romero, 36
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov”Kapital Bank Arena”

Həmçinin oxuyun

Nüfuzlu futbol turnirlərinin başlama vaxtı açıqlandı

Koronavirus pandemiyası səbəbindən təxirə salınan Libertadores və Cənubi Amerika Kubokunda yeni mövsümün başlama tarixi açıqlanıb. MediAktiv.az Cənubi …