Cümə axşamı , Yanvar 14 2021
Home / İdman / “Qarabağ” – “Qəbələ” matçı təxirə salındı

“Qarabağ” – “Qəbələ” matçı təxirə salındı

Dekabrın 6-na nəzərdə tutulan Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.

MediAktiv.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Ağdam klubunun heyətində 7 futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün baş tutmayacaq.

Bu isə deməkdir ki, ölkə çempionatında XII turun bütün qarşılaşmaları planlaşdırılan tarixdə keçirilməyəcək. Turun oynanılacağı vaxtla bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, daha əvvəl “Keşlə” – “Səbail”, “Sabah” – “Neftçi” və “Zirə” – “Sumqayıt” oyunları eyni səbəbdən təxirə salınıb.

Həmçinin oxuyun

2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular açıqlandı

2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli oldu. MEDIAKTIV.AZ “Transfermarkt.de” saytına istinadən …