Bazar ertəsi , Oktyabr 21 2019
Home / İdman / “Qarabağ”ın rəqibinin baş məşqçisi qovuldu

“Qarabağ”ın rəqibinin baş məşqçisi qovuldu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Lüksemburq çempionu “F91 Düdelanj” baş məşqçisi Emilio Ferera ilə yollarını ayırıb.

Mediaktiv.az Wort.lu-a istinadən  xəbər verir ki, Lüksemburq təmsilçisinin ölkə çempionatındakı uğursuz çıxışı səbəbindən 52 yaşlı belçikalı mütəxəssis istefaya göndərilib.

İspan mənşəli məşqçi komandaya yayda təyin olunmuşdu. O artıq bu gün səhər komandanı məşqə çıxarmayıb. “F91 Düdelanj” hazırda beş turdan sonra dörd xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində “F91 Düdelanj”la ilk matçını oktyabrın 3-də Lüksemburqda, dekabrın 12-də isə Bakıda keçirəcək.

Həmçinin oxuyun

Səbinə Əzimova ağırlıqqaldırma üzrə Avropa birinciliyinin bürünc medalını qazandı

17-27 oktyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaş 20 və 23-ə qədər olan gənclər arasında …