Çərşənbə , May 12 2021
Home / İdman / “Qartal”da Torres səsləri

“Qartal”da Torres səsləri

“Beşiktaş” azarkeşlərini ulduz transferiylə sevindirmək fikrindədi. Türkiyəni ÇL-də təmsil edəcək “qartallar” “Atletiko”nun hücumçusu Fernando Torresi heyətinə qatmaq istəyir.

Madrid “Atletiko”suyla olan müqaviləsinin müddəti başa çatan 33 yaşlı forvard  Meksikanın “Keretaro” və Çinin “Quyçjou Çjiçen” klublarının transfer siyahısına düşsə də, Avropada oynamaq niyyətindədi. Torres bir müddət öncə “Yuventus”un hücumçusu Mario Mancukiçə illik 7 milyon maaş təklif edən (xorvat “Yuve”də qalaraq yeni müqavilə imzaladı) İstanbul klubunda çıxış etməyin əleyhinə deyil.

Həmçinin oxuyun

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri məlum oldu

Mayın 5-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqənin püşkatma mərasimi keçirilib. MEDIAKTIV.AZ-ın …