Şənbə , May 25 2019
Home / İdman / Rənglərin mübarizəsi (Fənərbaxça-Qalatasaray)

Rənglərin mübarizəsi (Fənərbaxça-Qalatasaray)

    Asiya və Avropanı bir-birinə bağlayan İstanbulun iki tərəfinin iki böyük klubu, Fənərbaxça və Qalatasarayın rəqabəti tam 107 il əvvəldən başlayır. İki klub arasında din, məzhəb və irq ayrımı olmadan böyüyən rəqabət, bütün Türkiyə gündəmini məşğul etdiyi kimi Azərbaycanlı futbol azərkeşləri tərəfindən də böyük maraqla izlənilir.
Tarixə nəzər salsaq, 1905-ci ildə ilk futbol klubu  yaradıldı. Qalatasaray Liseyində Ali Sami Yen adında bir gənc, ilk futbol qığılcımını yandırdı. Boğazın digər yaxasında isə ilk klub 1907-ci ildə Fənərbaxca adı altında qurulurdu. İllər sonra stadionlarda ölümlərin yaşanacağı rəqabət, o dövrdə başqa ölkə klublarına qarşı oyunlarda ortaq bir zəfər sevincinə şahidlik edirdi. Dünyanın ən böyük derbiləri arasında göstərilən bu rəqabət, tarixində bir çox  maraqlı hadisəyə də şahid olmuşdur. 107 illik bu rəqabətdə ilk qolu Qalatasaraylı futbolçu Emin Bülent Sərdaroğlu atmışdır. 17 Yanvar 1909-cu ildə “Papazın Çayırı” olaraq adlandırılan yerdə baş tutan ilk oyunu 2-0 qazanan Qalatasaray rəqibindən ilk 7 oyunda qapısında qol belə görməmişdir. Fənərbaxça rəqabətdəki ilk qolu və qalibiyyəti 8-ci görüşdə əldə edə bilmişdir. 4 Yanvar 1914-cü ildə Union Club meydançasında baş tutan oyunda 4-2 qalib gələn Fənərbaxça beləcə 5 il davam edən susqunluğuna son qoydu. Fənərin heyyətində isə ‘’sarı-qırmızı’’lılara ilk qolu Hasan Kamil Sportel atdı. Əzəli rəqiblər, rəqabətin müxtəlif dövrlərində bir-birlərini üstünlük qurmaqda çətinlik çəkmişlər:

     Qalatasaray üst-üstə 18, Fənərbaxça isə 11 oyunda qalib gələ bilmədi.
Sarı-qırmızılılar, 17 May 1942-ci ildə 3-1 qalib gəldiyi oyunun ardından düz 18 oyun qalib gələ bilmədi və 19-cu oyunda; 1 Avqust 1946 da meydandan 1-0 qalib ayrıldı. Fənərbaxça isə 20 Noyabr 1949-cu ildə 2-0 qazandığı oyunun ardından üst-üstə 11 oyun qalib gələ bilmədi və ancaq 22 Fevral 1953 də tərəfdarına Qalatasaray qalibiyyəti hədiyyə etdi.

    Ən bol qollu oyunlar:
5 İyun 1983 tarixində “Ali Sami Yen” stadionunda baş tutan liqa oyununda əzəli rəqiblər 4-4 bərabərə qaldı. Bundan əlavə 2000-2001 sezonunda, 7 Fevral 2001-ci ildəki Türkiyə Kuboku yarı final oyunu da 4-4 hesabı ilə yekunlaşmışdır.

    Daha çox gərginliklərlə yadda qalmasına baxmayaraq əzəli rəqabətin əbədi dostluğunu sübut edən anlar da az deyil. İki klub arasındakı rəqabətdə futbolçu və klub rəhbərliklərinin centilmencə hərəkətləri, bu zövqlü mübarizəyə rəng qatmışdır.
Fənərbaxça rəhbərliyindən Galip Kulaksızoğlu, Qalatasaraylılara, “Oberle qardaşları xəstədir, Həsən də zədələnib. Sizi qarşımızda əksik görmək istəmirik və əgər istəyirsinizsə oyunu ertələyə  bilərik”. Fənərbaxçanın bu təklifini qəbul edən Qalatasaray, oyunçuların sağalmasından sonra 20 Oktyabr 1914-cü ildə baş tutan oyunda 6-1 hesablı qələbə qazandı.
Qalatasaray klubunun mərhum Prezidenti Özhan Canaydın rəqabətə centilmence yanaşması ilə alqış aldı. 6 Noyabr 2002-ci ildə, Şükrü Saracoğlu stadionunda əzəli rəqibinə 6-0’lıq məğlubiyətə uğradığı oyunda Prezident Özcan Canaydın rəqibin vurduğu qolları alqışlayaraq Fənərli idarə heyyətinin nümayəndələrini təbrik etməsi oyuna damğasını vurdu. Mərhum Prezidentin bu hərəkəti CİFP tərəfindən 2002 Dünya Fair Play Mükafatına layiq görüldü.

     Bu 107 illik rəqabatdə bir revanş daha bugün yaşanacaq. Hər iki tərəfə uğurlar arzulayır, bu maçtın hesadban asılı olmadan, centilmencə oynanmasını umid edirəm.  Neçə belə derbilərə…

 

Həmçinin oxuyun

“Beşiktaş” Türkiyə milli komandasının hücumçusunu transfer edib

“Beşiktaş” klubu Türkiyə milli komandasının və “Trabzonspor”un hücumçusu Burak Yılmazı transfer edib.Mediaktiv Türkiyə KİV-lərinə istinadla …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir