Şənbə , May 25 2019
Home / İdman / Rənglərin mübarizəsində gülən Fənərbaxça.

Rənglərin mübarizəsində gülən Fənərbaxça.

Artıq günlərdir gözlənən oyun başa çatdı. Qalib, ev sahibi Fənərbaxça oldu. Sarı-lacivərdlilərin qollarını “Uçan Hollandiyalı” ləqəbli Robin Van Persie atdı. 45.və 78. dəqiqələr Fənərbaxçalı tərəfdarları sevindirən dəqiqələr idi. Oyun hər iki tərəfin qarşılıqlı hücumları ilə oynansa da, planlı və bitirici oynayan Fənərbaxça qalib gəlməyi bacardı. İki hollandiyalı məşqçinin mübarizəsində də, futbol şərhçiləri Dick Advocaatın daha ağıllı futbol oynatdığını söylədilər.

Nəticədə hesab cədvəlində 3. sıraya yüksələn Fənərbaxça həftəni qazanclı qapamağı bacardı. Qalatasaray isə 5. sıraya gerilədi. Həftənin sonunda Fənərbaxça xalını 21-ə yüksəldərkən, Qalatasaray 20 xalla kifayətlənməli oldu.
Fənərbaxça bu qalibiyyətlə çempionluq mübarizəsində olduğunu bir daha göstərdi. Sezonun əvvəlində yaxşı futbolla göz dolduran Qalatasaray isə böyük yara aldı. İstər alınan məğlubiyyət, istərsə də oyun ərzində komandaya göstərilən sarı vərəqələr gələcək həftələrdə Qalatasarayın başını ağrıdacağa oxşayır.

Gələcək dərbilərdə görüşmək ümidilə…

 

Həmçinin oxuyun

“Beşiktaş” Türkiyə milli komandasının hücumçusunu transfer edib

“Beşiktaş” klubu Türkiyə milli komandasının və “Trabzonspor”un hücumçusu Burak Yılmazı transfer edib.Mediaktiv Türkiyə KİV-lərinə istinadla …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir