Bazar , Sentyabr 19 2021
Home / İdman / “Real” Mbapeyə görə 225 milyon avro təklif etdi

“Real” Mbapeyə görə 225 milyon avro təklif etdi

İspaniyanın “Real Madrid” futbol klubu PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappeni rekord qiymətə almaq niyyətindədir.

Mediaktiv.az xəbər verir ki, ispan komandası futbolçu üçün 225 milyon avro ödəməyə hazırdır.

Söhbət həmçinin 50 milyon avro bonusdan gedir. Əgər transfer baş tutsa, oyunçunun illik maaşı 35 milyon avro təşkil edəcək. Lakin maaş bonuslara görə daha 5 milyon avro da arta bilər.

Komandalar arasında razılaşma baş tutsa, bu, həm də tarixdə ən böyük transfer olacaq. Əvvəlki rekord transfer göstəricisi PSJ-yə aiddir. Klub 2017-ci ildə “Barselona”dan braziliyalı hücumçu Neymarı 222 milyon avroya alıb.

Həmçinin oxuyun

Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində Levon Aronyanla heç-heçə edib

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” …