Bazar ertəsi , Avqust 19 2019
Home / İdman / Ronaldonun meneceri “Barselona” ilə danışıqlara başladı

Ronaldonun meneceri “Barselona” ilə danışıqlara başladı

Cristiano Ronaldonun meneceri Xorxe Mendeş “Barselona” rəhbərliyi ilə görüşüb. Məşhur menecerin Barselonaya gedərək klub rəsmiləri ilə danışıqlar aparması müxtəlif şaiyələrə səbəb olub.

Bildirilib ki, Mendeş “Real”dan ayrılmaq istəyən Ronaldo ilə bağlı danışıqlar aparıb. Amma “El Mundo Deportivo” görüşün portuqaliyalı futbolçu ilə bağlı olmadığını yazıb. Qəzetin əldə etdiyi məlumata görə, Mendeş “Barselona” rəhbərliyi ilə komandadan ayrılması gözlənilən Arda Turan və Andre Qomeslə bağlı görüşüb.

Bildirilir ki, Ardaya Çin, İtaliya, İngiltərə və Türkiyədən gələn təkliflərlə yanaşı, “Sportinq”in futbolçuya maraq göstərməsi Mendeş – “Barselona” görüşünün baş tutmasına səbəb olub.

Andre Qomes məsələsində isə “Barselona”nın qərarı başqadı. Bu futbolçu “Barselona”da qalacaq. Bu futbolçunun xidmətində Mendeşin çalışdığı “Mançester Yunayted” və “Yuventus” maraqlıdı.

Həmçinin oxuyun

“Beşiktaş” Türkiyə milli komandasının hücumçusunu transfer edib

“Beşiktaş” klubu Türkiyə milli komandasının və “Trabzonspor”un hücumçusu Burak Yılmazı transfer edib.Mediaktiv Türkiyə KİV-lərinə istinadla …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir