Bazar , Sentyabr 22 2019
Home / İdman / “Sneijder”a 10 nömrə rəqib!

“Sneijder”a 10 nömrə rəqib!

“Galatasaray” Mərakeş yığmasının hücumameylli yarımmüdafiəçisi Yunes Belhandanı heyətinə qatmağa çox yaxındır. Tərəflər 4 illik müqavilə ilə bağlı razılığa gəliblər. “Galatasaray” futbolçunun klubu “Dinamo”ya (Kiyev) 8 milyon avro transfer haqqı ödəyəcək. 27 yaşlı oyunçunun özü isə İstanbul nəhəngində ildə 3 milyon avro qazanacaq.

Futbolçu bazar Türkiyəyə gələcək və tibbi yoxlanışdan keçəndən sonra müqaviləyə imzalanacaq.

Qeyd edək ki, Mərakeş yığmasında 32 oyuna 3 qol vuran Belhanda son mövsümü Fransanın “Nitsa” klubunda icarədə keçirib. Daha öncə “Şalke”yə icarəyə verilən futbolçu “Dinamo”ya qədər də “Monpelye”də top qovub.

Həmçinin oxuyun

“Qəbələ”nin müdafiəçisi: “Yarış cədvəlində bundan da yuxarı yeri tutacağıq”

“Qələbə də qazana bilərdik. Hesabda öndə idik. Fikrimcə, son yarım saatda konsentrasiyamız itdi, komandada zəifləmə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir