Bazar ertəsi , İyun 1 2020
Home / İdman / Tarixi qələbə qazanan cüdoçularımız Bakıya gəldi

Tarixi qələbə qazanan cüdoçularımız Bakıya gəldi

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyində II yerə çıxan cüdoçularımız Bakıya gəlib.

Mediaktiv.az xəbər verir ki, onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ailə üzvləri, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri qarşılayıb.

Qeyd edək ki, həlledici final qarşılaşmasında Yaponiya cüdoçularına 1:4 hesabıyla uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində II yeri tutub.

Onu da xatırladaq ki, fərdi yarışlarda cüdoçularımız dünya çempionatının bir gümüş və bir bürünc medal qazanmışdı.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …