Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / İdman / Teymur Rəcəbov “Airthings Masters” turnirinin finalında ilk matçda ermənistanlı rəqibini məğlub edib

Teymur Rəcəbov “Airthings Masters” turnirinin finalında ilk matçda ermənistanlı rəqibini məğlub edib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin 4 partiyadan ibarət ilk matçında ermənistanlı Levon Aronyanla mübarizə aparıb.

MEDİAKTİV.AZ xəbər verir ki, birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən şahmatçımız dördüncü partiyada rəqibini məğlub edib (2,5:1,5). Finalın ikinci qarşılaşması sabah keçiriləcək.

Xatırladaq ki, turnirin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.

Həmçinin oxuyun

Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində Levon Aronyanla heç-heçə edib

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” …