Bazar , İyun 7 2020
Home / İdman / Teymur Rəcəbov FIDE Qran-Prisinə heç-heçə ilə başladı

Teymur Rəcəbov FIDE Qran-Prisinə heç-heçə ilə başladı

Hamburqda FIDE Qran-Prisinin üçüncü mərhələsinin səkkizdəbir final oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Teymur Rəcəbovun rusiyalı şahmatçı Daniel Dubovla qarşılaşması heç-heçə başa çatıb.

Noyabrın 6-da şahmatçılar arasında ikinci qarşılaşma keçiriləcək. Qalib müəyyənləşməsə, onlar “tay brek”də görüşəcəklər.

Qeyd edək ki, Hamburq Qran-Prisi Teymur Rəcəbovun Dünya Kuboku turnirindən sonra iştirak etdiyi ilk yarışdır. Təmsilçimiz Azərbaycanın şahmat tarixində ilk dəfə Dünya Kuboku turnirinin qalibi olub. O, eyni zamanda, İddiaçılar Turnirində birbaşa iştirak hüququ da qazanıb.

Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …