Çərşənbə axşamı , Aprel 20 2021
Home / İdman / Teymur Rəcəbov pley-off mərhələsinə qələbə ilə başladı

Teymur Rəcəbov pley-off mərhələsinə qələbə ilə başladı

Şahmat üzrə “Skilling Open” turnirində 1/4 final mərhələsinin ilk görüşləri keçirilib.

MediAktiv.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov pley-offda ABŞ şahmatçısı Uesli So ilə üz-üzə gəlib. 4 partiyadan ibarət ilk dueldə 2 qələbə qazanıb, 1 heç-heçə edən 33 yaşlı qrossmeyster sonuncu qarşılaşmaya ehtiyac qalmadan birinci günün qalibi olub.

Rəcəbov noyabrın 26-da Uesli So ilə daha 4 görüş keçirəcək.

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.

Həmçinin oxuyun

Futbol oyunlarında müddətin qısaldılması təklif edildi

İspaniyanın “Real Madrid” klubunun və Avropa Super Liqasının prezidenti Florentino Peres futbol matçlarının müddətinə təsir …