Şənbə , İyun 6 2020
Home / İdman / Trabzonspor tərəfdarı Fənərbaxçanın kubokunu oğurladı

Trabzonspor tərəfdarı Fənərbaxçanın kubokunu oğurladı

   Fənərbaxça muzeyində mühafizə edilən çempionluq kuboklarından birini, şüşəni başı ilə qırdıqdan sonra götürən 38 yaşındakı Trabzonlu Halit Şahin uzaqlaşmağa çalışarkən təhlükəsizlik işçiləri tərəfindən tutuldu.

   Əldə edilən məlumata görə hadisə 10.35 radələrində meydana gəldi. Fənərbaxçanın stadionundakı Fenerium mağazasına bitişik olan muzeyə gələn bir adam bir tərəfdən “Neçə ildir ki, bu kuboku gözlüyürük” deyə qışqırdı, digər tərəfdən də başı ilə kubokların mühafizə edildiyi kabinənin şüşəsini qırdı.

    Kubokla uzaqlaşmağa çalışarkən tutuldu

  Kuboklardan birini alan Şahin, uzaqlaşmağa çalışarkən təhlükəsizlik işçiləri tərəfindən tutuldu. Polis tərəfindən nəzarətə alınan adamın 1978-ci ildə Trabzon, Arsan da doğulan Halit Şahin olduğu aşkarlandı.

   Hadisədən sonra muzeyin girişinə “təmirat gedir” yazısının qoyulduğu və muzeyin ziyarətçi girişinə bağlanıldığı görüldü.

Həmçinin oxuyun

Azərbaycan nümayəndələri bu il keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər

Azərbaycan nümayəndələri 2021-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək EUROGYM gimnastika festivalında iştirak edəcəklər. MediAktiv.az  bu …