Cümə axşamı , Avqust 13 2020
Home / İdman / UEFA üzvləri üçün yardım fondunu artırdı

UEFA üzvləri üçün yardım fondunu artırdı

UEFA quruma üzv olan 55 assosiasiyaya 775,5 milyon avro maliyyə yardımı göstərəcək. 

MediAktiv.az xarici mətbuata istinadən xəbər verir ki, yardım 2024-cü ilə qədər davam edəcək. 

Qurumun milli assosiasiyaların fəaliyyətlərini dəstəkləmək məqsədi ilə 2004-cü ildə başlayan “HatTrick” proqramının detalları bəlli olub. 

Avropa çempionatlarından əldə edilən gəlirlərin federasiyalara təqdim edildiyi proqramda beşinci 4 illik period başlayıb. UEFA 2020 – 2024-cü illər arasında 775.5 milyon avroluq fond yaradıb. 

Avropa futbol təşkilatının üzv assosiasiyalara dəstəyi əvəlki illərlə müqayisədə 27 faiz artıb. Qurum 2024-cü ildən 2,6 milyard avroluq fond ayırmağı planlaşdırır. 

Həmçinin oxuyun

Azərbaycan Premyer Liqasında I turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun oyun cədvəli məlum olub. MediAktiv.az PFL-in saytına istinadən …