Bazar , Fevral 23 2020
Home / İdman / Valverde Messinin son durumundan danışdı

Valverde Messinin son durumundan danışdı

“Barselona”nın baş məşqçisi Ernesto Valverde komandanın zədəli hücumçusu Lionel Messinin son durumu haqda danışıb.

Mediaktiv.az qol.az-a istinadən xəbər verir ki, o, argentinalı oyunçunun Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda “Borussiya” (Dortmund) ilə matçı böyük ehtimalla buraxacağını deyib:

“Mən həkim dəyiləm, amma deyəsən, o, zədəsini bir az ağırlaşdırıb. Buna görə biz daha ehtiyatla hərəkət etməyə qərar verdik. Lionelin nə vaxt qayıdacağını bilmirəm. Amma onun çərşənbə  günü qayıtması çətindir”.

Qeyd edək ki,  “Borussiya” – “Barselona” matçı sentyabrın 17-i keçiriləcək.

Həmçinin oxuyun

Azərbaycan karateçisi: “Hər dəfə yuxuda olimpiya çempionu olduğumu görürəm”

“Reytinq xallarına əsasən olimpiadaya lisenziyanı təmin etmişdim. Bəlkə də bu, qızıl yox, bürünc medal qazanmağıma …