Türkiyə Superliqası 20-ci turunda daha 4 matç keçirilib. Lider Beşiktaşın ardınca onun ən yaxın izləyicisi Başakşehir də xala həsrət qalıb.
Öz meydanında Kayserisporu qəbul edən Galatasaray isə ağır məğlubiyyətlə üzləşib. İlk hissədə qapısında 2 qol görən cimbomun gücü yalnız hesab arasındakı fərqi azaltmağa çatıb. 1-2. Bu həftənin ən karlı komandası isə aldığı 1 xalla Fənərbaxça olub.