Cümə axşamı , Sentyabr 23 2021
Home / İdman / Yeniyetmə cüdoçularımız İspaniyadan 9 medalla qayıdır

Yeniyetmə cüdoçularımız İspaniyadan 9 medalla qayıdır

İspaniyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışı başa çatıb. 

MediAktiv.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə millimiz hesabına daha üç medal yazdırıb.

Oğlanların mübarizəsində Nahid İsmayılov (73 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunun qızıl medalını qazanıb. 81 kq çəki dərəcəsində yarışan Əlirza Şıxəlizadə yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Qızların yarışında isə Aytac Qardaşxanlı (57 kq) bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan cüdoçuları Fuengirola turnirində ümumilikdə 2 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olublar. Millimiz oğlanlar arasında medalların əyarına görə 1-ci yeri, ümumu komanda hesabında isə 2-ci yeri tutub. Qeyd edək ki, İspaniyada 23 ölkədən 500 cüdoçu (297 oğlan, 203 qız) mübarizə aparıb.

Həmçinin oxuyun

Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində Levon Aronyanla heç-heçə edib

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” …