Cümə axşamı , Yanvar 21 2021
Home / iqtisadiyyat / Alma bağlarına görə 800 manat subsidiya veriləcək

Alma bağlarına görə 800 manat subsidiya veriləcək

2020-ci ildən başlayaraq ilk dörd il ərzində intensiv alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək.

Mediaktiv.az xəbər verir i, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov məlumat verib. 

V.Hüseynovun sözlərinə görə, Aqrar Subsidiya Şurasının bu qərarı 2019-cu ildən salınmış alma bağlarına şamil edilir:

“Azərbaycanda 2020-ci ildən başlayaraq ilk dörd il ərzində intensiv alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək. Beşinci ildən başlayaraq isə intensiv meyvə bağlarına 240 manat əkin subsidiyası ödənilməsi nəzərdə tutulur. 

İntensiv alma bağı dedikdə, damcı suvarma sistemi ilə təmin olunmuş, bir hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar nəzərdə tutulur.

Aqrar Subsidiya Şurası 2019-cu ildən əvvəl salınmış intensiv meyvə bağlarına və intensiv olmayan meyvə bağlarına əkin subsidiyasını 1,2 əmsalla ödəyəcək. Bu kateqoriya bağların hər hektarına görə fermerlərə hər il 240 manat subsidiya veriləcək”.

Həmçinin oxuyun

Azərbaycanda yeni “Zəfər” qızıl-mis yatağı kəşf edilib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti …