Çərşənbə axşamı , Aprel 7 2020
Home / iqtisadiyyat / Azərbaycan bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalını artırmaq niyyətindədir

Azərbaycan bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalını artırmaq niyyətindədir

Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında külək, günəş və bioehtiyatların payını artırmaq niyyətindədir.

MediAktiv.az -ın məlumatına görə, bunu Energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, bu gün Azərbaycanın elektrik enerjisi sistemində bərpa olunan enerjinin payı 17% təşkil edir:

“Ötən il elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin payı təxminən 7,3% təşkil edib. Azərbaycan qalan 93% elektrik enerjisini istehsal etmək üçün təbii qazdan istifadə edib. Bir çox Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda elektrik enerjisinin əldə edilməsində daş kömürdən istifadə olunmur”.

Nazir müavininin sözlərinə görə, əldə olunan bərpa olunan enerji mənbələrinin istehsalında 1276 meqavatt su elektrik stansiyalarının payına və yalnız 141 meqavatt günəş, külək və bioehtiyatların payına düşür.

E.Soltanov əlavə edib ki, əsas məqsəd 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin elektrik enerjisi sistemində payının 30 faizədək çatdırılmasıdır:

“Bu istiqamətdə ilk uğurlu addım “ACWA Power” və “Masdar” şirkətləri ilə 440 meqavatt gücündə günəş və külək elektrik stansiyaları layihəsinin reallaşdırılmasıdır”.

Həmçinin oxuyun

İxrac və idxal əməliyyatları orta müddətli dövr üçün liberallaşacaq

İxrac və idxal əməliyyatları orta müddətli dövr üçün liberallaşacaq. MediAktiv.az xəbər verir ki, Bunu İqtisadi İslahatların Təhlili …