Çərşənbə axşamı , İyul 14 2020
Home / iqtisadiyyat / Azərbaycan gələn ay BƏƏ-yə 200 min dollarlıq fındıq ixrac edəcək

Azərbaycan gələn ay BƏƏ-yə 200 min dollarlıq fındıq ixrac edəcək

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil olunmuş ixrac missiyası başa çatıb.

MediAktiv.Az nazirliyə istinadən xəbər verir ki, missiyada qida sənayesi, turizm və tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti iştirak edib. Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə müzakirələr aparıb və məhsul ixracına dair razılıq əldə ediblər. Belə ki, Azərbaycanın “Azhazelnut” və BƏƏ-nin distribüter şirkətləri 200 min ABŞ dolları dəyərində fındıq məhsulunun yanvar ayında ixracına dair ilkin razılığa gəliblər.

“AzərsunHoldinq” və “Gilan FMCG” şirkətləri BƏƏ-dən olan şirkətlər, həmçinin iri market şəbəkələri ilə məhsul ixracı, “İdea” şirkəti isə BƏƏ-nin Abu-Dabi şəhərində fəaliyyət göstərən şirkətlə məhsulların sərgi salonunun (showroom) açılması barədə ilkin razılıq əldə ediblər.

İxrac missiyası çərçivəsində “Ecodry”, “AHEC”, “Az-granata”, “Brightman BMC”, “BakuKonserv”, “Salam Travel”, “Novus E.R.A.” və digər Azərbaycan sahibkarları BƏƏ şirkətləri ilə keçirilmiş işgüzar görüşlərdə məhsul və xidmətlərin ixracına dair müzakirələr aparıblar.

Həmçinin oxuyun

SOCAR “Cənub Qaz Dəhlizi”nə investisiya həcmini açıqlayıb

Bu günə qədər “Cənub Qaz Dəhlizi” QSC layihə gəlirləri, nizamnamə kapitalı və səhm vəsaitlərindən istifadə …